TRT Türkiyə, Azərbaycan və Türkmənistan türkcələrində səsli lüğət hazırlayır

TRT Türkiyə, Azərbaycan və Türkmənistan türkcələrində səsli lüğət hazırlayır backend

TRT türk dünyası üçün əhəmiyyətli layihə həyata keçirir. TRT-nin Bakı nümayəndəliyindən Trend-ə bildiriblər ki, TRT-nin Təhsil Departamenti 6300 sözü Türkiyə, Azərbaycan və Türkmənistan türkcələrində tələffüz edərək, səsli lüğət şəklində toplamağa qərar verib.

TRT-nin baş direktoru Şenol Gökanın rəhbərliyi altında həyata keçirilən layihə çərçivəsində 6300 söz Türkiyə, Azərbaycan və Türkmənistan türkcələrində tələffüz edilərək lentə alınır. Layihədə Türkiyənin Mədəniyyət Nazirliyi və Türk Dil Qurumunun lüğətlərindən də istifadə olunur.

Səsli lüğət layihəsi qısa müddət ərzində tamamlanaraq TRT-nin internet səhifəsində mobil versiya şəklində istifadəyə veriləcək.
Diaspora