AZAL Qurban bayramı ilə əlaqədar bir sıra uçuşlara endirim edib

AZAL Qurban bayramı ilə əlaqədar bir sıra uçuşlara endirim edib backend

Azərbaycan Hava Yolları” QSC (AZAL) qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək. AZAL-dan "APA_Economics"ə verilən məlumata görə, xüsusi tariflər üzrə biletləri 2015-ci il sentyabrın 24-dən oktyabrın 10-dək AZAL-ın kassalarında və aviaşirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkün olacaq.

Sərnişinlər aviabiletləri sərfəli qiymətlə aşağıdakı istiqamətlər üzrə (uçuş tarixi 2015-ci il oktyabrın 11-dən 31-dək) əldə edə bilərlər:

Bakı-London-Bakı "gediş-dönüş" - cəmi 329 avro;

London-Bakı-London "gediş-dönüş" - cəmi 269 funt sterlinq;

Bakı-Milan-Bakı/Milan-Bakı-Milan "gediş-dönüş" - cəmi 329 avro;

Bakı-Roma-Bakı/ Roma-Bakı-Roma "gediş-dönüş" - cəmi 339 avro;

Bakı-Berlin-Bakı/Berlin-Bakı-Berlin "gediş-dönüş" - cəmi 319 avro;

Bakı-Paris-Bakı/Paris-Bakı-Paris "gediş-dönüş" - cəmi 359 avro;

Bakı-Nyu-York-Bakı "gediş-dönüş" - cəmi 499 avro;

Nyu-York-Bakı-Nyu-York "gediş-dönüş" - cəmi 559 ABŞ dolları;

Bakı-Praqa-Bakı "gediş-dönüş" - cəmi 329 avro;

Praqa- Bakı-Praqa "gediş-dönüş" - cəmi 379 ABŞ dolları;
Diaspora