Rusiya Ukrayna ilə sülh danışıqlarından heç vaxt imtina etməyib - Putin - VİDEO

Rusiya Ukrayna ilə sülh danışıqlarından heç vaxt imtina etməyib - Putin - VİDEO backend

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarından heç vaxt imtina etməyib.

Qaziler.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə keçirdiyi görüşündə deyib.

"Rusiya Ukrayna üzrə sülh danışıqlarından heç vaxt imtina etməyib, problemlərin həlli Qərbin əlindədir". - deyən Putin əlavə edib:

“Əvvəla, biz bundan heç vaxt imtina etməmişik, mən bunu min dəfə demişəm, sülh yolu ilə nizamlanmaya gətirib çıxara biləcək hər hansı danışıqlardan heç vaxt imtina etməmişik. Biz həmişə bu barədə danışmışıq”, - deyə o, vurğulayıb.

O xatırladıb ki, Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlar zamanı sənəd artıq hazırlanmışdı, lakin sonra “sadəcə atıldı”.

Dövlət başçısının sözlərinə görə, problemlərin həllinin açarı Qərb ölkələrinin tərəfindədir və bunun üçün Ukraynadakı münaqişəyə son qoymaq üçün Kiyevə silah verilməsini dayandırmaq kifayətdir.

QAZİLER.AZ

Diaspora