"Azərbaycanda, xüsusən regionda yaşayan pensiyaçılar üçün vəsaitləri nağdlaşdırmaqda çətinliklər var"

"Azərbaycanda, xüsusən regionda yaşayan pensiyaçılar üçün vəsaitləri nağdlaşdırmaqda çətinliklər var" backend

"Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bank qanunvericiliyinə təklif edilən dəyişikliklər müzakirə zamanı pensiyaçıların və eləcə də sosial qrupların plastik kartlarından istifadənin asanlaşdırılması ilə bağlı təklifimi təqdim etdim".

Qaziler.az bildirir ki, bu barədə bu sözləri facebook profilində millət vəkili Vüqar Bayramov paylaşıb:

"Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bank qanunvericiliyinə təklif edilən dəyişikliklər müzakirə olundu. Mərkəzi Bankın sədri Taleh Kazımovun iştirakı ilə keçirilən iclasda bank sektorunun mövcud vəziyyətə, o cümlədən kredit və valyuta bazarlarına xüsusi toxunuldu.

Çıxışım zamanı Mərkəzi Bank tərəfindən inflyasiya proqnozunun hansı metodologiyaya əsaslanması aydınlıq gətirilməsi və Dövlət Statistika Komitəsi tərəfindən 528 məhsul və xidmətlər üzrə qiymətlərin toplandığını qeyd etdim. Mərkəz Bankın 2023-cü ildə bir rəqəmli inflyasiya proqnozunun hansı modelə əsaslandığının izahatı vacibdir.

2022-ci ildə Mərkəzi Bank valyuta bazarında 2 milyard 48 milyon dollar alıb, yəni sterlizasiya edib. Eyni zamanda, ötən il idxal 22 faizdən çox artıb. İdxalın artması fonunda hərraclarda valyutaya tələbin azalması nə ilə bağlıdır? Burada inzibati alətlərdən istifadə olunurmu?

Son 1 ayda qeyri-işlək kreditlərinin həcmi 749 milyon manatdan 770 milyon manatadək artıb. Bu müddətdə problemli kreditlərin həcmi də artıb. Belə ki, bu müddətdə problemli kreditlərin həcmi 590.5 milyon manatdan 591.8 milyon manatadək yüksəlib.

Çıxışım zamanı pensiyaçıların və eləcə də sosial qrupların plastik kartlarından istifadənin asanlaşdırılması ilə bağlı təklifimi təqdim etdim. Belə ki, bəzi MDB ölkələrində pensiya və sosial yardım kartlarından hansı bankın bankomatı olmasından asılı olmayaraq vəsaitin nağdlaşdırılması zamanı faiz tutulmur. Azərbaycanda, xüsusən regionda yaşayan pensiyaçılarımız üçün vəsaitləri nağdlaşdırmaqda çətinliklər var. Bəzən pensiyaçılar kartdan pul çıxarmaq digər kəndə və ya rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Bu baxımdan, Azərbaycanda da bankomatın hansı banka məxsus olmasından asılı olmayaraq pensiya və sosial kartlardan vəsait nağdlaşdırması zamanı heç bir faiz tutulmamasını təklif etdim", - deyə millət vəkili bildirib.

QAZİLER.AZ

Diaspora