Azərbaycan İDEX-2015 sərgisində hansı silah və texnikaları nümayiş etdirəcək?

Azərbaycan İDEX-2015 sərgisində hansı silah və texnikaları nümayiş etdirəcək? backend

Müdafiə Sənayesi Nazirliyi (MSN) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək "İDEX-2015" beynəlxalq müdafiə sərgisi və konfransında iştirak edəcək.

Nazirlikdən Trend-ə bildiriblər ki, fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə "İDEX-2015" adı altında beynəlxalq müdafiə sərgisi və konfransı keçiriləcək. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatların nümayişi məqsədilə nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı "İDEX-2015" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, atıcı silahlar, zirehli texnikalar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 178 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Sərgi zamanı nazir Yavər Camalovun BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü də nəzərdə tutulur.
Diaspora