Təhsil Nazirliyindən dərsliklərdəki vulqar sözlərə dair AÇIQLAMA

Təhsil Nazirliyindən dərsliklərdəki vulqar sözlərə dair AÇIQLAMA backend

Bu gün Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutu əməkdaşlarının birgə iştirakı ilə son günlər sosial şəbəkələrdə narazılıqla qarşılanan X sinif Azərbaycan dili dərsliyində İsmayıl Şıxlının “ Dəli Kür “ romanı ilə bağlı müzakirə iclası təşkil edilib.

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin direktor müavini Əsgər Quliyev deyib ki, kiməsə hansısa ifadənin istifadəsini qadağan etmək qeyri-mümkündür: “Məsələlərə geniş konteksdə yanaşmaq lazımdır. “Dəli Kür “ romanında qeyd edilən həmin abzas şagirdin tərbiyəsini pozmaq üçün deyil, şagirdin həmin ifadələrlə tanış olub onları necə və harada istifadə edilməli olduğunu müəyyənləşdirmək üçündür. Hazırlanan dərsliklər ekspertizalardan keçdikdən sonra təsdiqlənib. Təsadüf nəticəsində bu ifadələrin dərsliklərə düşməsini düşünmək yanlış yanaşmadır”.

VIII sinif Azərbaycan dili dərsliyinin müəllifi Samirə Bektaşi isə deyib ki, müəlliflər dərsliyi yazarkən standartları öyrənir. Azərbaycan dili dərsliklərinin hazırlanmasında “Bir- iki- bir” standartları nəzərə alınıb: “Bu da “auditoriya səviyyəsini nəzərə alıb, nitqini qurun” prinsipi daşıyır. Bu dərsliklərin hazırlanmasında qabaqcıl ölkələrin dərslik metodikası da nəzərə alınıb. Müasir dərsliklərdə şagirdə öz nitqini seçmək imkanı yaradılır. Şagird bu tapşırıq əsasında pisi yaxşıdan ayırmağı öyrənir. Məsələn, 126-cı səhifədə 12-ci tapşırıqda jarqonların istifadə edildiyi, bir də ümumiyyətlə ədəbi dil norma qaydalarına riayət edilən mətnlərin müqayisəsi təqdim edilib. Tapşırıq əsasında şagirdlərin də fikri öyrənilir, bugünki danışıq dili ilə ədəbi dil qarşılaşdırılır. Sonda “nitqinizi lazımsız ifadələrdən təmizləyin və nitqin təmizliyi üçün çalışın” kimi tövsiyə də qeyd edilib”.
Diaspora