Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının iclası keçirilir

Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının iclası keçirilir backend

İyunun 8-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilib.

APA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətlərinin rəhbərləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, MDB-yə üzv ölkələrin ərazisində mütəşəkkil cinayətkarlığa və cinayətin digər təhlükəli növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosu, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri və fəxri qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1992-ci ildən fəaliyyət göstərən və Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ-nin iclaslarında müşahidəçi qismində iştirak edir. Sərhəd Qoşunları Komandanları Şurasının 2001-ci ildə 40-cı, 2008-ci ildə 60-cı, 2013-cü ildə 70-ci və 2017-ci ildə 78-ci iclasları Bakı şəhərində keçirilib. İclasdan öncə nümayəndə heyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edilərək önünə əklil qoyulmuş, Ulu Öndərin ruhuna hörmət və ehtiram bildirilib. Tədbirdə iştirak edən MDB-yə üzv dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları, MDB dövlətlərinin sərhədlərində qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə 2023-cü ildə keçirilən və 2024-cü il üçün planlaşdırılan birgə əməliyyatlar, SQKŞ-nin 87-ci iclasının təşkili və gündəliyinin layihəsi nəzərdən keçirilib, eləcə də tədbirin gündəliyinə uyğun olaraq digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Tədbir çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış ediliblər.

 

12.10

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilir.

“Report” xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətləri, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi və Birliyin digər institutlarının nümayəndələri iştirak edirlər.

Tədbirdə MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları, MDB üzv dövlətlərinin xarici sərhədlərindən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə 2023-cü ildə keçirilən və 2024-cü il üçün planlaşdırılan birgə əməliyyatlar, SQKŞ-nin 87-ci iclasının təşkili və gündəliyinin layihəsi nəzərdən keçiriləcək, eləcə də tədbirin gündəliyinə uyğun olaraq digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bununla yanaşı, aidiyyəti nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçiriləcək, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

Tədbir çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış olacaqlar.

Diaspora