Vətən müharibəsi şəhidinin ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.
Bildirilib ki, Füzulidə şəhidlik zirvəsinə ucalan, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalı ilə və “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Amal Əhmədovun ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə etmək olar.