Salyanda içməli suyun verilişi dayandırılıb

Salyanda içməli suyun verilişi dayandırılıb backend

Salyan şəhərinə ötürülən içməli suyun verilişi dayandırılıb.

Bu barədə “Report”un Aran bürosuna yerli sakinlər bildiriblər.

Onların sözlərinə görə, hər gün saat 15:20 radələrində rayon mərkəzi də daxil olmaqla, Babazanən yaşayış məntəqəsinə Şirvan-Muğan qrup su kəmərindən suyun verilişi dayandırılıb.

Salyan Rayon İcra hakimiyyətindən “Report”un yerli bürosuna verilən məlumata görə, şəhərdə su şəbəkəsinin genişləndirilməsi ilə bağlı işlər görülür.

Qeyd edilib ki, bu səbəbdən əhaliyə içməli suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Məlumatda işlər yekunlaşan kimi içməli suyun verilişinin tam bərpa olunacağı vurğulanıb.

Diaspora