Özbəkistan nümayəndə heyəti ölkəmizdəki sosial xidmət və reabilitasiya müəssisələri ilə tanış olub - FOTO

Özbəkistan nümayəndə heyəti ölkəmizdəki sosial xidmət və reabilitasiya müəssisələri ilə tanış olub - FOTO backend

Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Olloyerovun başçılıq etdiyi nümayəndə heyəti 5 saylı DOST Mərkəzi ilə tanış olub.

Qaziler.az xəbər verir ki, mərkəzdə nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmizdəki sosial xidmət və reabilitasiya sistemi, bu sahələrdə aparılan islahatlar barədə məlumat verib. Görüşdə qeyd olunan sahələrdə təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb. 

Qonaqlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətinə dair təqdimatlar edilib.

Özbəkistan nümayəndə heyəti səfər çərçivəsində Sosial Xidmətlər Agentliyinin paytaxtın Nərimanov rayonundakı İxtisaslaşmış Sosial Xidmət Mərkəzi, Pirallahı rayonundakı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün yeni günərzi qayğı mərkəzi və bu təbəqədən olan uşaqlar üçün 1 saylı sosial xidmət müəssisəsində, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında olublar.

Nümayəndə heyətinə həmin müəssisələrin fəaliyyəti, həssas əhali qruplarına, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat verilib.  “Birgə və Sağlam” İB Autizm Mərkəzində olan qonaqlar həmçinin Sosial Xidmətlər Agentliyinin sosial işçilərinin həssas qruplara aid uşaqların ailələrinə səfərlər edərək qiymətləndirmə aparması prosesi ilə yaxından tanış olublar.

Diaspora