Ermənistanla aparılan danışıqlar prosesində irəliləyişlər var, amma... - Politoloq

Ermənistanla aparılan danışıqlar prosesində irəliləyişlər var, amma... -  Politoloq backend

ABŞ vasitəçiliyi ilə sülh müqaviləsinin mətni hazırlanacaq.

Qaziler.az bildirir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə öz feysbuk səhifəsində yazıb.

"Diplomatik mənbələrdən aldığım məlumata görə, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşündə sülh müqaviləsinin mətni hazırlanacaq. Hal-hazırda sülh müqaviləsinin mətni məhz Ermənistanın irəli sürdüyü təkliflərə görə, hazırlanması mümkün olmayıb.

Aparılan danışıqlar prosesində Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda ermənilərlə bağlı hüquq və təhlükəsizlik məsələlərini sülh müqaviləsinin mətninə salmağa çalışır. Hazırlanacaq sülh müqaviləsinin mətnində Ermənistanın bu təklifləri yer almayacaq. Həmçinin prosesi ləngidən N. Paşinyanın anklavlarla bağlı mövqeyi və sərhədlərin delimitasiyasında ordunun "güzgü prinsipi" ilə geri çəkilməsidir. Ermənistan tərəfinin bu kimi təklifləri sülh müqaviləsinin bağlanmasını gecikdirir".

Məhəmməd Əsədullazadənin fikrincə, ABŞ, Ermənistanın mövqeyində dəyişikliklər edərək, əsassız iddialarından geri çəkilməsinə nail olacaq:"Necəki, ABŞ -da may ayında keçirilən danışıqlardan sonra N. Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən qəbul etdi. Xarici işlər nazirlərinin növbəti görüşündə Ermənistan iddialarından geri çəkilərək sülh müqaviləsinin mətni hazırlanması gözlənilir. İlin axırına kimi sülh müqaviləsinin bağlanması mümkündür.

Artıq Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Qarabağın statusunu müzakirə edilməyəcəyini və ilin axırına kimi sülh müqaviləsinin bağlanmasının mümkün olduğunu vurğuladı. Qeyd edim ki, Ermənistanla aparılan danışıqlar prosesində irəliləyişlər var. Amma, sülh müqaviləsinin mətni yoxdur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiyasına N. Paşinyanın çağrılması, birbaşa Azərbaycanın razılığı ilə reallaşıb. Danışıqlarda ciddi irəliləyişlər var. Ankarada prezident İlham Əliyevlə Paşinyanın görüşü də müsbət atmosferdə keçib", - deyə o, bildirib.

QAZİLER.AZ

 

Diaspora