Bakıda hava küləkli keçəcək

Bakıda hava küləkli keçəcək backend

Bakı və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 26-31, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, yaxın 3-4 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Diaspora