İqtisad Universitetindən QAZİLER.AZ saytına verilən məlumata görə,Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) struktur dəyişikliyi olub. UNEC-in Elmi Şurasında qəbul edilən qərara əsasən iki fakültə və bir neçə kafedra birləşdirilib.
“Uçot-iqtisad” fakültəsi ilə “Maliyyə” fakültəsi birləşdirilərək, “Maliyyə və mühasibatlıq” fakültəsi adlandırılıb.UNEC-in “İqtisadi nəzəriyyə 1” və “İqtisadi nəzəriyyə 2” kafedraları ayrılıb. Bundan sonra “İqtisadi nəzəriyyə 2” kafedrası “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılacaq.
“Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” ilə “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedraları isə birləşdirilərək “İstehlak mallarının ekspertizası” kafedrası adlandırılıb.
Bundan başqa, UNEC-də “Humanitar fənnlər” kafedrası yaradılıb. Yeni kafedrada “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedraları birləşdirilib.
Qeyd: Əziz həmkarlar! Azərbaycan Dövlət Universiteti Elmi Şurasının 29 iyun 2015-ci il tarixli iclasının qərarına əsasən universitetin mövcud abbreviaturası dəyişdirilərək Azərbaycan, rus və ingilis dillərində UNEC (University of Economy) kimi müəyyən edilib. Bununla əlaqadar xəbərlərinizdə ADİU yox, UNEC abbreviaturasından istifadə etməyinizi xahiş edirik. Əməkdaşlıq üçün təşəkkür edirik!