Naxçıvanda Ailə Sağlamlıq Mərkəzi açılacaq, səhiyyə sahəsində islahatlar aparılacaq

Naxçıvanda Ailə Sağlamlıq Mərkəzi açılacaq, səhiyyə sahəsində islahatlar aparılacaq backend

"Naxçıvanda Ailə Sağlamlıq Mərkəzi açılacaq".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

O bildirib ki, Azərbaycanda səhiyyə sahəsində çoxlu islahatlar həyata keçirilir: "Naxçıvan Muxtar Respublikasında islahatların bu ildən etibarən icrasına başlanılacaq. Yaxın vaxtlarda Ailə Sağlamlıq Mərkəzi açılacaq ki, şəkər xəstələri orada daimi olaraq nəzarətdə saxlanılsın. Bundan sonra şəkər xəstələrini çalışırıq ki, dərman preparatları ilə pulsuz təmin edək.

Ölkəmizdə, eləcə də dünyada şəkər xəstəliyi ilə bağlı çoxlu araşdırmalar aparılır. Biz istəyirik ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi inkişaf etsin, onun araşdırma klinikasını quraq".

Diaspora