Tanınmış jurnalist BNA-dan şikayətləndi: "Onları qazamatlara doldurmaq lazımdır"

Tanınmış jurnalist BNA-dan şikayətləndi: "Onları qazamatlara doldurmaq lazımdır" backend

"Bu şəhərin nəqliyyat məsələləri illərdir ki, həll edilə bilmir də. Amma bu işlərin həlli üçün milyonlarla pullar xərclənir".

Qaziler.az xəbər verir ki, bu fikirlər Əməkdar jurnalist Azər Həsrətə məxsusdur. O, feysbukda paylaşdığı yazısında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən, nəqliyyat sistemindəki durumdan şikayətlənib:

"BNA, nə baş verir? Saat haradasa 12.22-də Səs TV-dən çıxıb Rəşid Behbudov adına Mahnı Teatrının yanındakı dayanacağa gəldim. 88 saylı avtobusu gözlə ha gözlə. Gəlmədi. Məcbur qalıb yarım saat sonra Milli Bankın qarşısına getdim ki, oradan 88A ilə yola düşüm. Yenə də gəlmədi. Bir xeyli sonra birisi gəldi. Amma qapını açmadı ki, sərnişin götürmürəm. Bomboş idi, 2 sərnişini düşürüb getdi. Hal belə olunca özümü verdim metroya və evə gəldim. 88 saylı avtobusu gözləməyə ümumilikdə 50 dəqiqə vaxtım getdi. İndi o deyirlər e, şəxsi nəqliyyatdan az istifadə edin, ictimai nəqliyyata minin-filan. Atam balası, bəs mənim bu yollarda itən vaxtımı necə edək? Elə bekar adam deyiləm ki, bu qədər vaxtı havaya sovurum. Hələ maşınla gəlsəm də bir başqa dərd var. Qeyd olunan ərazidə maşın saxlamağa yer də tapmaq çox müşkül məsələdir. Sözümün canı: bu şəhərin nəqliyyat məsələləri illərdir ki, həll edilə bilmir də. Amma bu işlərin həlli üçün milyonlarla pullar xərclənir. Bu pulları xərcləyib ortaya nəticə qoymayanları artıq qazamatlara doldurmaq lazımdır...".

QAZİLER.AZ

Diaspora