Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli şəxsi təqaüdə göndərildi

Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli şəxsi təqaüdə göndərildi backend

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

"Report" xəbər verir ki, bununla bağlı Gömrük Komitəsinin sədri Şahin Bağırov sərəncam imzalayıb.

Digər sərəncamla DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev də təqaüdə çıxarılıb.

Komitədən “Report”a bildirilib ki, hər iki vəzifəyə hələlik təyinat yoxdur.

Diaspora