“Cəfər Cabbarlı“dan “Xətai”yə gedənlər üçün ŞAD XƏBƏR

“Cəfər Cabbarlı“dan “Xətai”yə gedənlər üçün ŞAD XƏBƏR backend

Bu gündən «Cəfər Cabbarlı-Xətai» mənzilinin birinci yolunda elektrik qatarlarının hərəkəti 8 dəqiqə intervalla bərpa olunub. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumat görə, "Cəfər Cabbarlı-Xətai" mənzilinin birinci yolunda sağlamlaşdırma işlərinin aparılması ilə əlaqədar cari ilin fevral ayından etibarən elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılmışdı.

Yeni tədris ilinin başlanması ilə əlaqədar metropolitendə sərnişin sıxlığı yarandığından hazırda "Cəfər Cabbarlı-Xətai" mənzilində bir elektrik qatarının məkik hərəkəti sərnişindaşıma tələbini ödəmədiyi üçün "Cəfər Cabbarlı-Xətai" mənzilinin birinci yolunda elektrik qatarlarının hərəkəti bərpa olunub.
Diaspora