Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 13 yaşlı uşağın meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, mayın 24-də Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kürdə çimərkən boğulub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Bir müddət əvvəl azyaşlının meyiti batdığı yerdən 10 km aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.