Baş Prokurorluq Siyəzən rayonunda 2016-cı il təvəllüdlü uşağın qəfil ölümü barədə yayılan xəbərlərə münasibət bildirib.
Qurumdan bildirilib ki, mayın 24-ü Siyəzən rayon sakini, azyaşlı B.A-nın (ad, soyad şərtidir) ölməsinə dair Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır:
“İlkin araşdırma zamanı azyaşlının bədəni üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm səbəbinin müəyyən olunması məqsədilə müvafiq ekspertiza təyin edilib, həmçinin digər zəruri hərəkətlər aparılıb. Hazırda rayon prokurorluğunda araşdırma davam etdirilir”.
Qeyd edək ki, ilkin məlumata görə, uşağın ürəktutmasından öldüyü ehtimal edilir.
Xatırladaq ki, mayın 24-də 2016-cı il təvəllüdlü uşaq Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılsa da, onun xəstəxanaya çatana kimi öldüyü məlum olub.