“Yeni Müsavat“ın əməkdaşları hücuma məruz qaldı

“Yeni Müsavat“ın əməkdaşları hücuma məruz qaldı backend

Bakının Sabunçu qəsəbəsində söküntü ilə bağlı çəkiliş aparan iki əməkdaşımız təzyiqə məruz qalıb. Musavat.com xəbər verir ki, "Tornado" şirkəti tərəfindən aparılan söküntünü çəkmək istəyən reportyorlar Məhəmməd Türkmən və İlkin Muradova şirkətin mühafizə xidmətinin ona yaxın əməkdaşı tərəfindən təzyiq göstərilib.

"Tornado" şirkəti sentyabrın 21-də Sabunçu rayonunda ev sökərkən jurnalistlər çəkmək istəyib. Jurnalistlər şirkətin əməkdaşlarına vəsiqə göstərib özlərini təqdim etsələr də, buna məhəl qoyan olmayıb.

Əvəzində şirkət işçiləri əməkdaşlarımızın üstünə hücum çəkib, təhqir edib və fiziki təzyiq göstəriblər.

“Onlar bizim kameramıza əl atdılar, çəkiliş aparmamağımızı tələb etdilər, bizi itələdilər. Biz onlardan qaçıb evlərdən birinə girmişik”,- deyə Məhəmməd Türkmən bildirib.

İlkin Muradov da deyib ki, şirkətin əməkdaşları evin qapısını döyüb onlardan bayıra çıxmağı tələb edirlər: “Deyirlər ki, çəkdiklərinizi pozun. Sizi də başa salacağıq”.

Qeyd edək ki, əməkdaşımız hadisə ilə bağlı SOCAR-la əlaqə saxlayıb. SOCAR-dan bildirilib ki "Tornado" şirkətinin onlarla heç bir əlaqəsi yoxdur. "Tornado" şirkəti SOCAR-a aid deyil.


Diaspora