İqtisadiyyat və Sənaye Nazirliyindən QAZİLER.AZ saytına verilən məlumata görə,İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
Belə ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanıBakının Qaradağ rayonunda
- Lökbatan qəsəbəsində Süleyman Aslanova məxsus mağazada;
Suraxanı rayonunda
- Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 ünvanında Elnur Namazova məxsus mağazada;
Göygöl rayonunda
- Quşqara kəndində Elman Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nizami rayonunda
- Q.Qarayev prospekti, 25/6 ünvanında Zülafət Qafarovaya məxsus mağazada;
Qaradağ rayonunda
- Lökbatan qəsəbəsi, Nizami küçəsində Ağaverdi Şıxıyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nəsimi rayonunda
- M.Qaşqay küçəsi, 27 ünvanında Pəri Əliyevaya məxsus mağazada;
Qaradağ rayonunda
- Ələt qəsəbəsi, M.F.Axundov küçəsi, 4 ünvanında İlqar İmanova məxsus mağazada;
Tovuz rayonunda
- Əyyublu kəndində Mahir Kazımova məxsus mağazada;
Hacıqabul rayonunda
- Pirsaat qəsəbəsində Kazım Hüseynova məxsus mağazada;
Xaçmaz şəhərində
- M.Hüseynzadə küçəsi, 1 ünvanında Xalidə Kərimovaya məxsus kafedə;
Qusar rayonunda
- Hil kəndində Arzu Şərifovaya məxsus mağazada;
Qax şəhərində
- İ.Dağıstanlı küçəsində Rəna Kərimovaya məxsus mağazada;
Şəki şəhərində
- M.Ə.Rəsulzadə prospektində Tural Orucova məxsus mağazada;
Ağdam rayonunda
- Mahrızlı kəndində Nəsimi Abdullayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmış və qanunamüvafiq tədbirlər görülmüşdür.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsi ilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.