Rusiyanın vasitəçilyi ilə sülh müqviləsi mümkün deyil - Politoloq

 Rusiyanın vasitəçilyi ilə sülh müqviləsi mümkün deyil - Politoloq backend

Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşündə aparılacaq danışıqlar əsasən, Brüssel vasitəçiliyi ilə əldə edilmiş razılaşmalar kontekstindədir. Moskvada keçirilən bu görüş, digər görüşlərdən fərqli olaraq N. Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı bir mərhələdə keçirilir.

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazıb.

"Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsi, Rusiya üçün gözlənilməz bəyanat idi. Çünki, Rusiya Qarabağı Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qarşı olub. Məhz Moskva çalışır ki, Yerevanı bu siyasətindən çəkindirsin.

Azərbaycan bu görüşdə əlini gücləndirərək qatılıb. Bu danışıqlarda Rusiyanın müəyyən şərtləri var kim Azərbaycan prezidenti tərəfindən qəbul edilməyəcək. Çünki, Rusiya Qarabağda sülhməramlı adı altında daima qalmağı, ermənilərə statusun verilməsi məsələsini açıq saxlanmasında israrlıdır".

 Rusiyanın vasitəçilyi ilə sülh müqviləsi mümkün olmadığını bildirən politoloq: "Moskva görüşündə bir neçə sənəd imzalana bilər. Amma, həmin sənədlər də əvvəlki aylarda kimi, Moskvanın vasitəçiliyi ilə imzalanan sənədlərin taleyi kimi olacaq. Azərbaycan və Ermənistan arasında bir proses var. Bu müsbət proses Qərbin vasitəçiliyi əldə edilib. Bunun qorunması və rellaşması istiqamətində Vaşinqton və Brüssel aktiv olmalıdır.

Qeyd edim ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Qarabağda sülməramlı qüvvələrlə bağlı narahatlığını vurğulayıb. Qərbin aktivliyinin buradakı sülhməramlılara qarşı olduğunu qeyd edib. Rusiya çalışacaq ki, yeni təxribatlar baş versin", - deyə qeyd edib.

QAZİLER.AZ

Diaspora