Metroda qatarların hərəkətində ləngimə olub

Metroda qatarların hərəkətində ləngimə olub backend

Bu gün "Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında texniki nasazlıq səbəbilə qatar sərnişinsiz "Nərimanov" elektrik deposuna yola salınıb.

Qaziler.az bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.

Məlumata görə, xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.