Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 748 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 403 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.
Ölkədə son sutka ərzində 1 274, hazırkı dövrədək isə 7 613 693 test aparılıb.