Tanınmış jurnalist övladını 1-ci sinfə qoyanlara çağırış etdi: "Ermənistan belə üz döndərir..."

Tanınmış jurnalist övladını 1-ci sinfə qoyanlara çağırış etdi: "Ermənistan belə üz döndərir..." backend

Əməkdar jurnalist Azər Həsrət övladını birinci sinfə, xüsusən də rus bölməsinə qoyan valideynlərə səslənib.

Qaziler.az xəbər verir ki, o bu barədə özünün feysbuk səhifəsində paylaşım edib. Həmin yazını təqdim edirik:

"Uşaqlarını 1-ci sinfə yazdıran ata-analar. Siz də o səhvi təkrarlamayın. Rus imperiyası son dövrünü yaşayır. Dünya xalqları onu bitirmədikcə rahat olan deyillər. Ermənistan belə bu imperiyadan üz döndərir. O baxımdan siz də uşaqlarınızı urus məktəbinə yazdıraraq yanlışa yol verməyin. Həm də nəzərə alın ki, Azərbaycanda artıq rus dilində keyfiyyətli dərs keçəcək müəllim qıtlığı yaşanır. Sovetdən qalma müəllimlər tükənib, yeniləri də hazırlanmır. Yəni uşaqlarınıza işğalçı urusun dilində dərs deyəcək müəllim problemi onları ikiqat heyif edə bilər..."

QAZİLER.AZ

Diaspora