Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldı - FOTO

Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldı -  FOTO backend

Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

O bildirib ki, rayon sakini Ə.Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir.

“Qeyd edim ki, Ə.Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək”, - DİN rəsmisi vurğulayıb.

 

*****

15:41

Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyeva tapılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

O qeyd edib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib:

“Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğu, həyati təhlükəsinin olmadığını dəqiqləşdiriblər. İlkin məlumata görə, Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”.

Diaspora