Asəf Əliyev AZƏRTAC-a açıqlama verib - Günnüt əməliyyatı ilə bağlı

Asəf Əliyev AZƏRTAC-a açıqlama verib - Günnüt əməliyyatı ilə bağlı backend

Günnüt əməliyyatı, sözsüz ki, Azərbaycanın ciddi qələbəsidir. Bu əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağı azad olunub. Dərələyəz mahalının Arpa kəndi nəzarət altında keçib. Ümumilikdə 11 min hektarlıq ərazi azad olunub. Amma bu əməliyyatın əhəmiyyəti bununla bitmir, daha ciddi digər məqamlar var. Ümummilli Liderimiz Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Naxçıvanı erməni işğalından qoruya bildi. Ulu Öndərin başladığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin davam etdirdiyi ordu quruculuğunun növbəti uğurlu mərhələsi olan Günnüt əməliyyatı Əlahiddə Ümumqoşun Orduda mövcud yüksək döyüş hazırlığının, peşəkarlığın real göstəricisidir. Bu əməliyyatla Naxçıvanın təhlükəsizliyi daha da gücləndirildi.

Bunu AZƏRTAC-a açıqlamasında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev bildirib.

İctimai Birliyin sədri qeyd edib ki, 30 ilə yaxın müddətdə Azərbaycan torpaqları işğalda idi, 2016-cı il Aprel döyüşlərində ordumuz çox böyük uğura imza atdı. “Bu da insanlarımızı gec-tez torpaqlarımızın düşmən tapdağından azad olunmasına inamını daha da artırdı. Aprel döyüşləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev dövlət və ordu quruculuğunda gördüyü işlərin, apardığı siyasətin mahiyyətini, miqyas və əhəmiyyətini göstərdi. Əslində Günnüt əməliyyatı Prezidentimizin torpaqlarımızın azad edilməsi istiqamətində apardığı qətiyyətli və cəsarətli işin davamı idi. 44 günlük Vətən müharibəsində Qarabağı işğalçılardan azad edilməsində əvvəlki illərdə aparılan lokal əməliyyatların böyük əhəmiyyəti oldu. Xalq ordumuzun gücünü açıq-aydın gördü, daha inamla onu dəstəklədi. Ordumuz da psixoloji baxımdan çox ciddi üstünlük əldə etdi. Bu vacib üstünlük 2020-ci ilin sentyabrın 27-də başlayıb və noyabrın 10-da möhtəşəm Zəfərlə yekunlaşdı. Yəni, 2016-cı il Aprel döyüşlərindən sonra keçirilən Günnüt əməliyyatı 44 günlük Vətən müharibəsindəki Zəfərin şanlı başlanğıcından biridir.

Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanına, ordusuna inanır və güvənir. Prezident-Xalq-Ordu birliyi Azərbaycanımızı həmişə qələbəyə, yeni-yeni zəfərlərə aparacaq. Bütün şəhidlərimizi ehtiramla anırıq, qazilərimizə cansağlığı arzulayırıq. Biz Qarabağ qaziləri bundan sonra da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşəcəyik!”, - deyə Asəf Əliyev vurğulayıb.

 

Diaspora