Nazim Səmədov BMÜTT-nin Baş Assambleyasının 21-ci sessiyasında çıxış edib

Nazim Səmədov BMÜTT-nin Baş Assambleyasının 21-ci sessiyasında çıxış edib backend

Kolumbiyanın Medellin şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 21-ci sessiyasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək Azərbaycanda turizm sahəsində son iki ildə əldə olunan nailiyyətlərdən danışıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ölkədə turizm infrastrukturunun inkişafından, elektron viza sisteminin tətbiqindən, cari ilin iyun ayında keçirilmiş Avropa Oyunlarından bəhs edən nazir müavini, turizmin Azərbaycanda əsasən dörd prioritet (işgüzar, sağlamlıq, mədəniyyət və ekoturizm) inkişaf sahəsini təqdim edib.

Daha sonra Nazim Səmədov Azərbaycan Konqreslər Bürosunun, Sağlamlıq və Termal Turizm Assosiasiyasının, Yaşıl Kənd Turizmi Assosiasiyasının fəaliyyəti haqqında məlumat verib.

BMÜTT-nin Baş Assambleyasının 21-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına, müxtəlif komitələrinə seçkilər keçirilib, daxili məsələlərə dair müzakirələr aparılıb, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) ilə birgə forum təşkil olunub, eləcə də "Turizm hekayələri" kitabının ikinci buraxılışının təqdimatı keçirilib. Kitabda Lahıc haqqında məqalə yer alıb.

Qeyd edək ki, BMÜTT-nin Baş Assambleyasının 22-ci sessiyası 2017-ci ildə Çində keçiriləcək.
Diaspora