Yəməndə 6 mindən çox insan həyatını itirib

Yəməndə 6 mindən çox insan həyatını itirib backend

Səudiyyə Ərəbistanın başcılıq etdiyi ərəb koalisiyasının yarım il ərzində Yəmənə endirdiyi hava zərbələri nəticəsində 6 mindən çox insan həyatını itirib.

AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, "Yəmənin mülki koalisiyası" qeyri-hökumət təşkilatının məruzəsinə əsasən, həlak olanların 3 mini qadın və uşaqlardır. Bundan başqa, bombardmanlar nəticəsində 13,5 min nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Təşkilatın məlumatına görə, koalisiya qüvvələri beynəlxalq norma və konvensiyalara məhəl qoymayaraq, mülki infrastruktura və yaşayış rayonlarına hava zərbələri endirir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın Yəməndə şiə üsyançılarına qarşı apardığı "Qətiyyət tufanı" əməliyyatı martın 26-na keçən gecə başlayıb. Ər-Riyad müdaxilənin məqsədinin Yəməndə qanuni prezidentin hakimiyyətinin bərpa olunmasına yönəldiyini qeyd edir.
Diaspora