Xalq artisti, tanınmış aktyor Ramiz Məlikin səhhəti normaldır.
Bu barədə Oxu.Az-a Xalq artisti Ramiz Məlikin özü məlumat verib.
Xatırladaq ki, Xalq artisti Ramiz Məlik ötən günlərdə onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə bağlı məlumat paylaşıb.
R.Məlik səhhəti ilə məşğul olduğunu deyib:
“Müalicələrimi davam etdirirəm. Sağlamlığımla məşğulam. Jurnalistlərdən xahiş edirəm ki, imkan versinlər rahat sağlamlığımla məşğul ola bilim”.
Qeyd edək ki, 79 yaşlı Xalq artisti uzun illərdir ki, Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.