"Azərbaycanı Yaxın Şərq ölkələrində kimi viranə görmək istəyən dövlətlər, qüvvələr qulaqlarını şəkləyib bilsinlər ki, Azərbaycanda heç zaman dini və milli zəmində qarşıdurma olmayıb və ola da bilməz. Çünki bu, bizim qanımızdadır".
Trend xəbər verir ki, bunu Azərbaycan Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun birgə təşkilatçılığı ilə "İşğal altında qalmış abidələrimiz - tarixi yaddaşın izi ilə" mövzusunda keçirilən konfransda bildirib.İcma rəhbərinin fikrincə, Azərbaycan tolerantlıq baxımından bütün dünyaya bir nümunədir: "Azərbaycanın həqiqətləri belədir. Azərbaycanın adı gələndə bütün dünya xalqları ayağa qalxıb onu alqışlamalıdırlar".