Bakının əsas prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

Bakının əsas prospektinin bir hissəsində  hərəkət tam məhdudlaşdırılacaq backend

Sabah saat 08:00-dan 22:00-a qədər Bakının Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

“Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - deyə açıqlamada qeyd olunub.

Diaspora