Azərbaycanın Baş prokuroru Kamran Əliyev onun qəbuluna yazılan 1-ci qrup Qarabağ əlili Vəfadar Hüseynovu qəbul etməyib.
Bu barədə "Qarabağ qaziləri" ictimai birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Qaziler.az-a bildirib.
"Hər iki gözünü vətənimizin müdafiəsində itirən 1-ci qrup Qazi qardaşımız Hüseynov Vəfadar Nurəddin oğlu həm də ağır xəstədir. Müalicəsi də normal getmir. Şikayəti var. Bu gün Baş prokuror Kamran Əliyev Yevlax şəhərində vətəndaş qəbulu keçirsə də Vəfadarı qəbul etməyib. Qazi iki dəfə qəbula düşmək üçün ərizə yazsa da Baş prokuror qazini qəbul etməyib! Ona belə deyiblər. Mən inanmıram ki, Kamran Əliyevin bu məsələdən xəbəri ola! Olsaydı mütləq Vafadarı qəbul edib, dinləyərdi, kömək edərdi. Xahiş edirəm, əməkdaşları, yaxınları bu statusu görsə mütləq Baş prokuror Kamran Əliyevə çatdırsın!
Vəfadarın mobil nömrəsini də deyirəm. Qoy səlahiyyət sahibləri özləri zəng edib Vətənin müdafiəsi zamanı sağlamlığını itirən qazini dinləsinlər: +994558305959", - deyə R.Kərimoğlu qeyd edib.
R.Kərimoğlu onu da bildirib ki, qazi şikayəti ilə bağlı Bakıya gəlmək istəyir.
QAZİLER.AZ