Bakıda qurbanlıq heyvanlar bu ünvanlarda satılacaq - SİYAHI

Bakıda qurbanlıq heyvanlar bu ünvanlarda satılacaq - SİYAHI backend

Bakıda Qurbanlıq heyvanların satışı təşkil ediləcək yarmarkaların ünvanları məlum olub.

Kənd Təsərrüfatı Nazirliyindən APA TV-yə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Qurban bayramı günlərində (24-27 sentyabr 2015-ci il tarixlərində) Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə qurbanlıq heyvanların satışı və müasir standartlara uyğun kəsimi təşkil ediləcək.

Ət kəsimi paytaxtın 10 rayonunu əhatə edən 23 məntəqədə həyata keçiriləcək.

Qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanları bunlardır:


1.Sabunçu
Sabunçu qəsəbəsi, Şəhər şosesi, “ABU” yanacaqdoldurma məntəqəsinin yanı

2.Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı

3.Nərimanov
Əlyar Əliyev küç., 26 (Keşlə bazarının yanı)

4.Xətai. Cavanşir küç. 7, Nevrocərrahiyyə Xəstəxanasının arxası
5.Mehmandarov küç. 72, Elektrik yarımstansiyasının yaxınlığında

6.Suraxanı

Əmircan qəsəbəsi, Malik Mustafayev küç., "Neftçi" stadionunun yanı

7.Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küç., 114 saylı evin yanında

8.Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küç., Tikiş sexinin yanı

9.Hövsan qəsəbəsi, Oqtay Şabanov küç., "Maral" fiqurunun yanı

10.Səbail
Bibiheybət yolu, qoşa Yanacaqdoldurma Məntəqəsinin yanı

11.20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasında boş sahə

12.Yasamal
Şərifzadə küç., 196 ("İdeal" şadlıq sarayının həyəti)

13.Binəqədi
8-ci mkr., C.Xəndan və Atatürk prospekti kəsişməsində yerləşən ət bazarı

14.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi ilə Baksol yolunun kəsişməsi

15.Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi-12A

16.Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 78, Qəsəbə mərkəzi

17.Nizami
R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsində ("Milord" restoranının yanı)

18.Xəzər
Binə qəsəbəsi, Əliağa Vahid küç. 9 (yolun solu)

19.Qala qəsəbəsi, Dəmiryolçular küç. 41, (Qala Bələdiyyəsinin inzibati binasının qarşısı)

20.Mərdəkan qəsəbəsi, Yesenin küç., döngə 3

21.Qaradağ
Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı

22.Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı

23.Aqrovest MMC-nin qarşısı




Diaspora