Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,6 faiz təşkil edir

Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,6 faiz təşkil edir backend

1 yanvar 2015-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 081,5 milyon manat, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8,6 faiz təşkil edib.

Ötən il ərzində ölkənin xarici öhdəlikləri 6,9 faiz artıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, borc vəsaitlərinin 7,3-i 10 ilə qədər, 60,2%-i 10 ildən 20 ilə qədər, 32,5-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

1 yanvar 2015-ci il tarixinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 9,9 faiz, ABŞ dolları - 64,8 faiz, avro - 21,4 faiz, yapon yeni - 2,1 faiz, İslam dinarı - 0.7 faiz, Səudiyyə rialı - 0,4 faiz, BƏƏ dirhəmi - 0,5 faiz, Küveyt dinarı - 0,2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avrova Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmiryol nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.
Diaspora