Dörd ayda DSMF-nin xərcləri artaraq 2 mlrd. manatdan çox olub

Dörd ayda DSMF-nin xərcləri artaraq 2 mlrd. manatdan çox olub backend

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 6 faiz  və ya 116 mln. manat çox olmaqla 2 mlrd. 118 mln. manat təşkil edib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-aprel aylarında proqnoza nisbətən 8 faiz və ya 116 mln. manat artaraq 1 mlrd. 625 mln. manat olub.

 Son 4 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 237 mln. manat artaraq 2 mlrd. 003 mln. manata çatıb.

Diaspora