Metroda işləmək istəyənlərin NƏZƏRİNƏ

Metroda işləmək istəyənlərin  NƏZƏRİNƏ backend

“Bakı Metropoliteni” QSC yeni əməkdaşlar axtarır.

Bu barədə qurum tərəfindən məlumat verilib. 

Belə ki, metropolitendə SƏTƏMM (Sağlamlıq, Əməyin təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) mühəndisi vəzifəsinə vakansiya elan edilib.

Bu sahədə çalışmaq istəyənlərdən aşağıda qeyd edilənlər tələb olunur:

Ali texniki təhsil;

Ən azı 2 il müvafiq iş təcrübəsi (tikinti üzrə təcrübə arzuolunandır);

MS Office proqramlarında (Outlook, Word, Excel, Power Point) işləmək bacarığı;

Sahə üzrə diplom, sertifikat və s. arzuolunandır;

İngilis və rus dillərini bilmək arzuolunandır.

Sadalanan kriteriyalara uyğun gələn şəxslər ərizələrini mayın 16-dan 26-na qədər aidiyyəti üzrə təqdim edə bilərlər.

Diaspora