Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov mayın 12-də imzalayıb.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi
- “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi
- “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin seçilməsi
- Cari məsələ.