Qurban bayramı ilə əlaqədar ət kəsimi məntəqələri fəaliyyət göstərəcək

Qurban bayramı ilə əlaqədar ət kəsimi məntəqələri fəaliyyət göstərəcək backend

Qurban bayramı ilə əlaqədar Bakının müxtəlif yerlərində 23-ə yaxın səyyar ət kəsimi məntəqəsi fəaliyyət göstərəcək. Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.



Onun sözlərinə görə, insanların rahat qurbanlıq ət almaları üçün bu il daha çox səyyar yerlər olacaq. Sözügedən yerlərdə qurbanlıq heyvanların kəsimi üçün ən müasir avadanlıqlardan istifadə olunacaq: “Ötən il Bakıda 10 yerdə səyyar ət kəsimi obyektləri fəaliyyət göstərirdi. Bu dəfə ötən ilkindən 13 yer artıq olacaq. Artıq bu istiqamətdə işlər başlayıb. Sözügedən ət kəsimi yerlərində sanitar-gigiyenik qaydalara yüksək səviyyədə riayət olunacaq. Əhali həmin yerlərdən istədikləri qədər ət ala biləcək”.

Nazirlik rəsmisi həmçinin, süni qiymət artımı məsələsinə də toxunub: “Biz səyyar ət kəsimi yerlərini həm də süni qiymət artımının qarşısını almaq məqsədi ilə yaradırıq. Kənd Təsərüffatı Nazirliyi qurbanlıq ət kəsimi yerlərində qiymətlərin süni artırılmaması üçün çox ciddi nəzarət həyata keçirəcək. Bakıya satış üçün xeyli qurbanlıq heyvanlar gətirilib və hesab edirəm ki, bu da qiymətlərin süni sürətdə artırılmasına imkan verməyəcək”.
Diaspora