AQTA yanında İctimai Şuraya sədr, sədr müavini və katib seçilib

AQTA yanında İctimai Şuraya sədr, sədr müavini və katib seçilib backend

Mayın 11-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda əvvəlcə Şura sədri, Şura sədrinin müavini və Şuranın katibi seçilməsi məsələsinə baxılıb.

Açıq səsvermə yolu ilə Azərbaycan Heyvandarlıq Assosiasiyasının sədri Nazim Səfərov İctimai Şuranın sədri, “Report” İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov İctimai Şuranın sədr müavini, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aytac Zülfüqarlı isə İctimai Şuranın katibi seçilib.

Daha sonra Şuranın gələcək fəaliyyəti və digər cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Diaspora