Spiker: Ermənistanın təxribatında əsas məqsəd sülh danışıqlarına mane olmaqdır

Spiker: Ermənistanın təxribatında əsas məqsəd sülh danışıqlarına mane olmaqdır backend

“Ermənistan tərəfi Azərbaycana qarşı təxribat törədib”.

Apa xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, şəhid olan hərbi qulluqçumuz var, digəri yaralanıb: “Şəhid olmuş hərbi qulluqçumuza Allahdan rəhmət diləyirik. Törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu təxribatın törədilməsində əsas məqsəd hazırda aparılan sülh danışıqlarına mane olmaqdır”.

Diaspora