Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq backend

Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.