Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan və Rusiyanın birgə buraxılışı olan iki yeni poçt markası nəşr etdirib.
AZƏRTAC xəbər verir ki, markalar müasir memarlıq mövzusuna həsr olunub. Markalardan birinin üzərində ön planda Qız qalası, arxa planda isə "Alov qüllələri" təsvir edilib. Rusiyaya həsr olunmuş markanın üzərində ön planda Moskvadakı Kreml, arxa planda isə "Moskva-Siti" kimi tanınan Moskva Beynəlxalq Biznes Mərkəzinin təsviri öz əksini tapıb.
Poçt markalarının nominal dəyəri 6 qəpikdir.