SOCAR Avropa ölkələrinin "Cənub" qaz dəhlizinə qoşulmaq üçün boru kəmərləri və internkonnektorların yaradılması üzrə təşəbbüslərini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deylir.
Məqalədə bildirilir ki, hazırda Avropada, xüsusilə də Balkan ölkələrində “Cənub” qaz dəhlizini istiqamət götürən müxtəlif əlaqələndirici kəmərlərin, interkonnektorların tikintisi nəzərdə tutulur: "Biz bu təşəbbüsləri dəstəkləyir və diqqətdə saxlayırıq".