Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 30-da saat 10:00-da Oğuz şəhərində yerləşən Oğuz Olimpiya və İdman Kompleksində (ünvan: Heydər Əliyev prospekti 1) Oğuz, İsmayıllı və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin İsmayıllı şəhəri 11 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 117, əlaqə telefonları: 055-261-49-94, 055-428-53-58, 020-28-5-70-97) xahiş olunur.Hüseyn Bağırov Oğuz şəhərində vətəndaşların qəbulunu keçirəcək

