Azərbaycanda ötən gün 11 nəfər koronavirusa yoluxub

Azərbaycanda ötən gün 11 nəfər koronavirusa yoluxub backend

Mayın 8-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 599 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 201 nəfər müalicə olunaraq sağalıb, 10 260 nəfər vəfat edib, aktiv xəstə sayı 138 nəfərdir.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 827, bu günə qədər isə ümumilikdə 7 600 248 test icra olunub.

Bundan başqa son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub. Vurulan vaksinlərin ümumi sayı 13 962 793 nəfər təşkil edir.

loading...
Diaspora