Ukrayna Prezident Ofisinin əməkdaşı döyüşdə həlak olub

Ukrayna Prezident Ofisinin əməkdaşı döyüşdə həlak olub backend

Ukraynanın Donetsk vilayətində Prezident Aparatının əməkdaşı Aleksey Titarenko cəbhə xəttində həlak olub. 

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Prezidenti iş aparatının rəhbəri Andrey Yermak "Teleqram" kanalında xəbər verib.

"Prezident Aparatının əməkdaşı Aleksey Titarenko Donbassın cəbhə xəttində həlak olub", - Yermak yazıb.

Onun sözlərinə görə, Titarenko Daxili və Humanitar Siyasət Direktorluğunun baş məsləhətçisi vəzifəsində çalışıb.

"Ailəsinə və dostlara başsağlığı verirəm! Ukrayna qəhrəmanlarını heç vaxt unutmayacaq!" - Yermak əlavə edib.

QAZİLER.AZ

Diaspora