“Sülhün Kökləri” təşkilatının rəhbəri Heidi Kuhnün Azərbaycana səfəri başlayır - FOTOLAR

“Sülhün Kökləri” təşkilatının rəhbəri Heidi Kuhnün Azərbaycana səfəri başlayır -  FOTOLAR backend

9-13 may tarixlərində mina təhlükəsi ilə mübarizə proqramı çərçivəsində dünyanın aparıcı təşkilatlarından olan “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri Heidi Kuhn Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə yenidən Azərbaycana səfər edəcək. 

Qaziler.az "Ednews"a istinadla xəbər verir ki, səfər çərçivəsində Heidi Kuhn dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, işğaldan azad olunmuş ərazilərə səfərlər, Azərbaycanın mina problemi ilə bağlı qlobal çağırışların edilməsi, simvolik ağacəkmə kampaniyası və s. nəzərdə tutulub. 

Heidi Kuhn Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə səfər öncəsi məktub ünvanlayıb. O, 2023-cü il Analar Günü münasibətilə Azərbaycana qonaq kimi dəvət edildiyi üçün Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) təşəkkür edib. 

“Sülhün Kökləri” təşkilatının qurucusu səfərinin məqsədi barəsində danışıb:

“Səfərimin məqsədi Azərbaycan, Əfqanıstan, Ermənistan, İraq, İran, Suriya, Sudan, Ukrayna və Rusiyada övladlarını müharibə təhlükəsi qarşısında itirmiş bütün dünya Analarının acınacaqlı vəziyyətinə işıq salmaqdır. Minalar sərhəd tanımır və heç bir bayraq daşımır. Müharibə silahları susduqdan çox sonra günahsız uşaqları şikəst edir və öldürürlər. Bu terror toxumları aradan qaldırıldıqdan sonra, “Sülhün Kökləri” torpağı regenerativ kənd təsərrüfatı ilə yeniləyir - fermerlərə və ailələrə firavanlıq üçün ləyaqət və gəlir təmin edir.

Mən bu yazışmada “Sülhün Kökləri” Media Qrupumuzu köçürdüm ki, onlar jurnalistlərlə bölüşmək üçün B-roll video və fotoşəkilləri təqdim etmək üçün BAMF-ın Bakıdakı media komandası ilə sıx əməkdaşlıq etsinlər.

Onun sözlərinə görə, sülhün simvolu olaraq daha bir mina partlatmaq üçün sizinlə Qarabağın minalanmış sahələrində gəzməyi, mədəniyyətinizi qeyd etmək və bir vaxtlar müharibədən dağılmış bu gözəl torpaqda Sülh Kökləri bağı salmaq üçün Analar və Minadan Sağalanlara qoşulmağı səbirsizliklə gözləyirəm:

“Analar Günü ziyarətimə hazırlıqda göstərdiyiniz bütün zəhmətə və humanitar səylərə görə bir daha təşəkkür edirəm.

Mən dünya uşaqlarına fayda verən əsl Analar Gününü qeyd etmək üçün Kaliforniyadakı öz övladlarımın və nəvələrimin yanına sağ-salamat qayıtmağı səbirsizliklə gözləyirəm.

Allah sülh üçün hər bir addımımızı qorusun”.

Xatırladaq ki, Heidi Kuhn 2022-ci ilin 1-5 mart tarixlərində Azərbaycanda ilk dəfə səfərdə olub. Səfər zamanı Heidi Kuhn ölkəmizin bəşəri mina problem ilə yaxından tanış olmuş və bu istiqamətdə gələcək əməkdaşlıqların təməlini qoymuşdur.

Diaspora