SOCAR-ın avtomobili ağır qəzaya düşdü: ölən və yaralananlar var

SOCAR-ın avtomobili ağır qəzaya düşdü: ölən və yaralananlar var backend

Bu gün saat 07 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsinin neft kəmərlərini mühafizə edən 35 saylı komandasında posta təhkim olunmuş 90 AR 644 dövlət nömrə nişanlı “Mitsubishi” markalı nəqliyyat vasitəsi ağır qəzaya düşüb.Lent.az SOCAR-a istinadən xəbər verir ki, Böyükşor-Sumqayıt kəmərinin 10-cu kilometrində xəttin 70 metrliyində idarəetməni itirən avtomobil arxadan qarşıdakı avtomobilin qoşqusuna çırpılıb.

Qəza nəticəsində sürücü Məlikli Mətləb Abdulla oğlu hadisə yerində keçinib, atıcılar Sadıqov Sakit Babat oğlu və Məmmədov Rəşad Fazil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.
Diaspora