Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində bu il "Azərpoçt" tərəfindən 11 növdə poçt markasının buraxılması nəzərdə tutulub.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, baş nazirin razılığı olacağı təqdirdə ilk poçt markasının razılaşdırılması və dövriyyəyə buraxılması bu gün burada baş tuta bilər: "Azərbaycan da daxil olmaqla dünyanın 8 ölkəsində ulu öndərin 100 illik yubileyinə həsr olunan markalarının buraxılması nəzərdə tutulub. Bu günə qədər Türkiyə, Rusiya və Qazaxıstan tərəfindən bu poçt markaları dövriyyəyə buraxılıb".